Dizellə işləyən maşınlar bizdə də qadağan olunacaq? – Açıqlamabackend

Dizellə işləyən maşınlar bizdə də qadağan olunacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox ölkədə dizel avtomobillərinin qadağan edilməsinə icazə verilib.

Bəs bizim ölkədə bu qadağa tətbiq ediləcəkmi? Qadağanın səbəbi nədir? Bu hal baş verərsə mənfi və müsbət tərəfləri varmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, dizellə işləyən avtomobillərin ləğv olunması ilə bağlı hər hansı bir məsələ barədə fikir söyləmək çətindir.

Ekspertin sözlərinə görə, hər hansı nəqliyyat vasitəsi ultizasiya olunursa o artıq ləğv oluna bilər.

“Amma kütləvi avtomobillərin, nəqliyyat vasitələrinin silinmə hadisəsinin baş verməsi inandırıcı deyil. Çünki bütün nəqliyyat vasitələri müəyyən texniki baxışdan keçdikdən sonra müəyyən şərtlər altında digər prosesləri yerinə yetirməklə hərəkət edirlər. Artıq onların ləğv olunması, sıradan çıxarılması hansı qərarın veriləcəyindən asılıdır. Bunu birmənalı olaraq demək çətindir. Nəqliyyat vasitələri insanlarda ümumi istifadə etmək üçün hər hansı bir proseslərdən keçirlər. Ona görə də ləğv olunması çətindir.

Mənfi müsbət tərəfləri dedikdə, mənfi tərəfləri ondan ibarətdir ki, əgər bu nəqliyyat vasitələri hansı sahədə çalışırlar? Yəni yük daşıma sahəsində, kənd təsərrüfatı sahəsində və hansı sahədə çalışırlarsa orada yük daşımaya müəyyən qədər dəstək ola bilərlər. Müəyyən dərəcədə qiymətlər bahalaşa bilər. Hər hansı bir ehtiyyat hissələrinin tapılmasında çətinlik yarana bilər. Əgər yeni nəqliyyat,vasitələri əvəzinə gəlirsə.
Lakin müsbət tərəfləri də ondan ibarət ola bilər ki, avtomobil parkı yenilənəcək. İstifadə edən şəxslərin məmnuniyyət hissi artacaqdır. Yenilənəcək nəqliyyat vasitələri vətəndaşlara neçiyə başa gələcək? Onun qiymətləri necə olacaq? Bu artıq növbəti suallardan biridir”.

 

Dəniz Pənahova