Dişlərimizdəki çürüklər ürək xəstəlikləri, şəkərli diabet riskini də artırır.
Tribunainfo.az xəbər verir ki, İstanbulda aparılan bir araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Həkimlər bildirir ki, diş sağlamlığı insan orqanizmi üçün vacibdir.
Mütəxəssislərin fikrincə, diş həkiminə ancaq dişlərimiz ağrıdığı zaman getməməliyik:
“1 yaşdan etibarən ildə iki dəfə diş müayinəsi aparılmalıdır. Bu dişlərin və diş ətlərinin sağlamlığı üçün vacibdir. Dişlər mütəmadi fırçalanmalı, fırça 3-6 aydan bir yenisi ilə əvəz edilməlidir. Dişlərdəki çürüklər bir başa ürəyə təsir edir. Çürük ürək xəstəlikləri, şəkərli diabet riskini artırır. Ağzında çox çükür dişi olan şəxslərin bu xəstəliklərə yoluxma riski yüksəkdir”.