DIRNAQLARINIZ TEZ QIRILIRSA… – MÜTƏXƏSSİS MƏSLƏHƏTİbackend

DIRNAQLARINIZ TEZ QIRILIRSA… – MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ildir məşhurlaşan dırnaqlara süni gel, qalıcı lak vurulması prosesi dırnaqlarımızı sıradan çıxarıb. Ancaq dıqnaq qırılmasına səbəb təkcə bu proseslər deyil. Dırnaq qırılmasında ən çox rast gəlinən səbəb həm də vitamin çatışmazlığıdır. Xüsusilə dırnaq və saç vitamini olaraq bilinən biotin (B7 vitamini-H vitamini) çatışmazlığı, dəmir əskikliyi, kalsium, maqnezium və sink çatışmazlığında dırnaqlar asan qırılır.

Tribunainfo.az xəbər verir ki, mütəxəssislər bildirir ki, baxımlı və möhkəm dırnaqların sirri müntəzəm qulluqdur.
Dırnaq qırılmasının qarşısını almaq üçün həll təkliflərindən birincisi zeytun yağıdır. Zeytun yağı güclü nəmləndirici xüsusiyyətləri ilə tanınır. Qırılan dırnaqların qısa müddətdə sağalması üçün dırnaqlara bir az zeytun yağı çəkib masaj etmək olar.
Daha yaxşı təsir etməsini istəyirsinizsə, bir qaba zeytun yağı qoyun və əllərinizi bu qabda 5 dəqiqə saxlayın. Sonra ilıq su ilə əllərinizi zeytun yağından təmizləyin. Bu üsulu həftədə bir dəfə təkrarlaya bilərsiniz. Bu proses dırnaq köklərini bərkidir, dıqnaqlarınızın daha bərk və sağlam olmasına kömək edir.