Diqqət: Yanvarın 1-dən…

Diqqət: Yanvarın 1-dən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.

Tribunainfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.