Diqqət: Uşaqlarınızı saat 16:00-a qədər… – Təhlükə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay aylarında günəş şüalarının Yer kürəsində zenitdə olması havada artan tozcuqları fəaliyyətə gətirir və nəticədə allergik reaksiyaları daha çox gücləndirir.  

Yay aylarında günəş şüalarının Yer kürəsində zenitdə olması havada artan tozcuqları fəaliyyətə gətirir və nəticədə allergik reaksiyaları daha çox gücləndirir. 

Uşaqların günəş şüalarından qorunmasına xüsusilə diqqət yetirmək lazımdır.

Bu sözləri TİA.AZ-a açıqlamasında Bioloji Təbabət klinikasının həkimi, pediatr-endokrinoloq Mirzəyeva Həbibə deyib. Həkim bildirib ki, günəşə çıxan uşaqların ilk növbədə geyimlərinə diqqət yetirmək lazımdır:

“Geyimlərin gözəlliyinə aldanmaq lazım deyil. Rəngarəng uşaq paltarları həm onların, həm də valideynlərin xoşuna gəlir. Ancaq burda diqqət edilməli çox əhəmiyyətli bir məqam paltarların kanserogen maddə ehtiva etməməsidir. Günə çıxan uşaqların ilk növbədə paltarları ağ rəngli olmalıdır. Pambıq, kətan parçalardan olan geyimlərdən istifadə edilməlidir. Ağ, kətan paltarlar isə tərləmə zamanı buxarlanmanı sürətləndirir”.

Pediatr ultrabənövşəyi günəş şüalarının dəriyə zərər verdiyini də qeyd edib:

“Günəş şüalarının təsirindən dəridə hər hansı xallar meydana gələ bilər ki, bu da sonradan çox pis fəsadlara gətirib çıxarar. Uşağınız məktəbə və ya baxçaya gedirsə, müəllimləri bu mövzuda məlumatlandırmaq lazımdır. Günəş kremlərindən istifadə etmək düzgün olmasa da, uşaqlara Günəşə çıxarmağa məcbur qaldığı zaman bu kremdən istifadə edə bilər. 6 aydan etibarən körpənizi çölə çıxararkən Günəş kremi sürtməlisiniz. Krem çəkilən bölgələr dizlərin arxası, qulaqlar, göz ətrafı, boyun və saç dərisidir. Kremi çölə çıxmazdan 15-30 dəqiqə əvvəl sürtün və 2 saat sonra yeniləyin”.

H.Mirzəyeva bildirib ki, 11:00-16:00 aralığında uşaqları Günəşə çıxarmaq – onları bu saatlarda dənizə, parka aparmaq yolverilməzdir.