DİQQƏT! Sosial şəbəkələrdəki bu reklama inanmayın…

DİQQƏT! Sosial şəbəkələrdəki bu reklama inanmayın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı Samir Əliyev sosial şəbəkələrdə yayılan fırıldaq reklamlarla bağlı vacib məlumat paylaşıb.

Tribunainfo.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, bu yolla insanların kart hesabları oğurlanır və pulları çəkilir:

“Facebookda belə bir reklam (Şəkil 1) qarşıma çıxdı və yoxlamağa qərara gəldim. Çünki bildim ki, fırıldaqçılardır. Mövzu diqqət çəkən olduğundan fikirləşdim xeyli adam tora düşə bilər. Reklam mətnində EDVGERİAL.AZ portalına giriş olduğu qeyd edilir, Ancaq linkə daxil olanda https://edv-kocur.com-a yönləndirilir. Sizdən FİN kodun yazıması istənilir (Şəkil 2). FİN kodu yazdıqdan sonra yeni səhifə açılır və kart məlumatlarının yazılması istənilir (Şəkil 3). Göründüyü kimi, CVC rəqəmi istənilir. Hətta utanmazcasına kartın balansının yazılması təklif edilir.

Əminəm ki, bu reklam çoxlarının qarşısına çıxıb. Sadəcə xəbərdarlıq edirəm ki, dostlarımız diqqətli olsunlar, kart məlumatlarını heç yerə yazmasınlar. Bu reklam qarşılarına çıxsa sadəcə REPORT etsinlər.

Dövlət Vergi Xidməti isə yaxşı olardı sosial şəbəkələrdə paralel olaraq belə reklamların da monitorinqini aparsın və operativ olaraq əhalini məlumtlandırsın”.

Nigar