Karib hövzəsinə yaxınlaşan Beril qasırğası üçün 4-cü səviyyəli tornado xəbərdarlığı edilib.
Tribunainfo.az “Gazeteduvar”a istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi (NHC) Atlantik okeanında 4-cü kateqoriya səviyyəsində olan Beril qasırğasının Karib hövzəsinə doğru irəlilədiyini açıqlayıb. Açıqlamada, “Berilin son dərəcə təhlükəli bir kateqoriya olan, maksimum küləyin sürəti saatda 209 kilometr olan 4-cü səviyyəli qasırğaya çevrildiyini təyin etdik. Bazar ertəsi səhər saatlarından etibarən Windward adalarında təhlükəli küləklər və fırtına dalğası gözlənilir”.
Bəyanatda deyilir: “Bu gün Rüzgar Adalarına çatan Beril qasırğasının son dərəcə təhlükəli böyük qasırğa olaraq qalacağı gözlənilir. Bu, çox təhlükəli vəziyyətdir və bu ərazilərdə yaşayan sakinlər hər hansı hazırlıq və ya evakuasiya əmri üçün yerli hökumət və fövqəladə hallar idarəsinin rəsmilərini dinləməlidirlər”.