DİQQƏT… Məktəb divarlarında  narkotik elanları – Fotobackend

DİQQƏT… Məktəb divarlarında narkotik elanları – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Xırdalan, Yasamal, Biləcəri, Yeni Günəşli, Qaraçuxurda, xüsusilə məktəblərə yaxın yerlərdə divarlara qeyri-adi, nə olduğu məlum olmayan qeydlər yazılır. Bu qeydlərin gizli narkoşəbəkənin xüsusi işarəsi, “sintetik ölüm” cəmgəlliyi olduğu məlum olub.

Tribunainfo.az yazır ki, bu faktı gənc şair Ömər Xəyyam təsadüfən üzə çıxarıb. O bildirib ki, bu cür qeydlər Bakının hər tərəfində var. Xüsusiləsə məktəb divarlarında, məktəblərə yaxın ərazilərdə daha çoxdur:

“Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə, Qaraçuxurda, – indi xatırlamadığım bir çox divarlarda, fasadlarda bu cür qeydlər görmüşəm: “СК.МЕФ”, “24ks.cc”.
Yəqin ki, siz də görmüsünüz.

Əvvəl elə bilirdim, bu qeydlər qəzalı, yaxud plana düşmüş binalara dövlət qurumları tərəfindən yazılır. Xüsusi nişandır.

Fəqət gecə təsadüfən “24ks.cc” yazıb quqlladım.

Budur, “sintetik ölüm” cəngəlliyi!

Bəs demə, “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”ymiş.

“24ks.cc” isə narkoşəbəkənin saytıdır. Teleqram botuna bağlıdır.

Bu ənənə bizə Belarusdan, Rusiyadan gəlib. Narkoşəbəkə divarlara “şüar”lar yazanlara ya havayı narkotik vasitə verir, ya da maaş.

Bir az da araşdırdım, məlum oldu ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib.

Məlum olub ki, naməlum şəxslər “СК.МЕФ”, “ГИКС CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin, psixotrop maddələrin satışı, təbliği ilə məşğul imiş.

Əfsus, bu məsələdən çoxu xəbərdar deyil, çoxu hadisənin mahiyyətini ötürüb, xəbər üç ənənəvi narkokuryerin həbsi kimi oxunub.

Fəqət bu ayrı mərhələdir. diqqətli olmalıyıq.

Bu tip qraffiti nümunələri bir növ, neyro linqvistik proqramlaşma metodudur.

Mahiyyəti ağırlığında, təfəkkürü boyda telefon işlədən, sevgiyə, qayğıya möhtac, sözün hər iki mənasında dəfələrlə sındırılmış, dəfələrlə təhqir edilmiş travmalı gəncdən ötrü, əlbət, belə “işarələr” xoşbəxtliyin elçisidir.

Özümüzü, uşaqlarımızı, məhəlləmizi, şəhərimizi, ölkəmizi, gələcəyi qorumalıyıq”.

Qeyd: Şəkillər dünən Yeni Günəşlidə 275 saylı məktəb tərəfdə çəkilib.

Nigar