Çərşənbə axşamından cümə axşamına kimi Yer kürəsində maqnit qasırğaları gözlənilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Fobos” Mərkəzinin aparıcı elmi işçisi Mixail Leus məlumat verib.
Ekspertin sözlərinə görə, yeni proqnozlar maqnit qasırğalarının yüksək ehtimalını təsdiqləyib.
Beləliklə, iyulun 30-da maqnit qasırğası G3 səviyyəsinə çatacaq, çərşənbə günü orta səviyyə G2 olacaq. Cümə axşamı da belə olacaq. Leus deyib ki, alimlər maqnit qasırğasının bazar ertəsindən çərşənbə axşamına keçən gecə başlayacağını gözləsələr də, geomaqnit sahəsi Bakı vaxtı ilə saat 4:19-a kimi sakit olub.