DİQQƏT: Günəşdə güclü partlayış baş verdi

DİQQƏT: Günəşdə güclü partlayış baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 29-da güclü yüksək dərəcəli günəş partlayışı baş verib. Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

Mütəxəssislər maqnit qasırğasına səbəb ola biləcək məşəldən sonra proton axınının Yerə yaxın kosmosa daxil olmasını qeyd edirlər.

Xatırladaq ki, bu yaxınlarda, yanvarın 22-də, təxminən, 22:30-da, ulduzumuzun əks yarımkürələrində yerləşən iki fərqli günəş ləkəsindən “demək olar ki, eyni vaxtda” bir cüt güclü günəş partlayışı baş verdi . Simpatik günəş alovu kimi tanınan bu son dərəcə nadir hadisə, günəş maksimumu kimi tanınan günəşin 11 illik dövründə partlayıcı zirvəyə sürətlə yaxınlaşdığımızı xatırladır.