Diqqət: Bu meyvə infeksiya yayır – EKSPERTbackend

Diqqət: Bu meyvə infeksiya yayır – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada manqo ilə bağlı xəbərdarlıq edilib. Müxtəlif infeksion xəstəliklər aşkarlanıb. Gəldiyi uzaq ölkələrdən gətirdiyi infeksiya olduğu bildirilir.

Bu təhlükə bizim ölkədə də keçərlidirmi və digər xarici meyvələrə də şamil edilə bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida üzrə ekspert Eyyub Hüseynov bildirib ki, xarici ölkələrdən gətirilən meyvə və tərəvəzlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi yoxlanılır. Müəyyən nəzarətdədir.

Ekspertin sözlərinə görə, ümumiyyətlə belə istehlakçı hüquqlarını qoruyan təşkilatlar arasında belə bir fikir var ki, insan yaşadığı ərazinin 500 km məsafədə olan qidalarla qidalansa yaxşıdır.

“Eqzotik meyvələr əlbəttə yoxlanılır. Həm də biz bilməliyik ki, qida insan və ətraf mühit haqqında informasiya daşıyıcısıdır. Təkcə qidalanmaq üçün deyil, eləcə də ətraf mühit, yaşadığın ərazi, meyvənin yetişdiyi ərazi barədə insanda informasiya daşıyıcısıdır.
Ona görə də Azad İstehlakçılar birliyi olaraq biz həmişə məsləhət görürük ki, yerli qidalardan və meyvə-tərəvəzlərdən daha çox qidalansınlar.

Həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarət altındadır. Düşünürəm ki, Azərbaycana belə partiya gəlməz. Yaxud da nəzarətdə olar.

 

Dəniz Pənahova