backend

DİQQƏT! – Bu məlumatları qətiyyən yaymayın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər cəbhədə baş verən hadisələrlə bağlı bəzi yerli kütləvi informasiya vasitələrinin (KİV) tutduğu mövqe ciddi narahatlıq doğurur. Son günlər cəbhədə baş verən hadisələrlə bağlı bəzi yerli kütləvi informasiya vasitələrinin (KİV) tutduğu mövqe ciddi narahatlıq doğurur.

Rəsmi qurumlar tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bir sıra elektron informasiya resursları erməni KİV-lərinin yaydığı təxribat dolu məlumatlara, videogörüntülərə istinadla xəbərlər tirajlamaqla,sosial şəbəkələrdə insanlar arasında təşviş yaradacaq paylaşımla etməklə bir növ informasiya müharibəsində düşmən cəbhəsindən çıxış etmiş oldular.

Təəssüf ki, ucuz reytinq dalınca qaçan “həmkarlarımız” unudurlar ki, jurnalistin işi yalnız xəbər yaymaq deyil, həm də vətəndaş mövqeyindən çıxış edərək öz dövlətinin milli-mənəvi maraqlarını qorumaq, dövlətçilik prinsiplərini müdafiə etməkdir.

AzVision.az növbəti dəfə KİV-lərə İnformasiya müharibəsinin ölkəmiz üçün olduqca əhəmiyyətli olduğunu xatırladır, həssas məqamlarda düşmən təxribatına uymamağı, mənbəyi bilinməyən hərbi məlumatları yaymamağı tövsiyə edir.

Mövzunun aktuallığını nəzərə alaraq yayılmması qanunla qadağan olunan məlumatları təqdim edirik: 

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyat planlarının, döyüşü idarəetməyə dair sənədlərinin məzmunu, onların döyüş və səfərbərlik hazırlığı, səfərbərlik ehtiyatlarının yaradılması və istifadəsi haqqında;

– Azərbaycan Respublikası Silahlı Qüvvələrinin quruculuq planları, silahların və hərbi texnikanın inkişafının istiqamətləri, silah və hərbi texnika nümunələrinin yaradılması və modernləşdirilməsi üzrə məqsədli proqramların məzmunu və yerinə yetirilməsinin nəticələri haqqında;

– silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, hərbi təyinatlı yeni növ maddələrin xüsusiyyətləri və texnologiyaları haqqında;

– milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq yerinin ayrılması haqqında;

– qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında.

Eyni zamanda, “Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri olan məlumatların əhatə dairəsinə daxil olmayan, lakin xarici ölkələrin xüsusi xidmət orqanlarının mülahizələrinə görə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə istifadə oluna bilən məlumatların da kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılması yolverilməzdir və qanunla qadağandır. 

Dövlət sirrinin mühafizəsi hərbi hissə komandirlərinin, qərargah rəislərinin, idarə və müəssisə rəhbərlərinin əsas fəaliyyət istiqamətlərindən biridir və dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkilinə görə məsuliyyət onların üzərinə qoyulur. Bu səbəbdən də hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri dövlət sirrinin mühafizəsi sisteminin səmərəliliyini artırmalı, dövlət sirrinin mühafizəsinin dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğunu öyrənməli və təhlil etməli, dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarını müəyyənləşdirib müvafiq tədbirlər hayata keçirməlidirlər.

Həmçinin hərbi hissə komandirləri, qərargah rəisləri, idarə və müəssisə rəhbərləri hərbi hissələrdə keçirilən açıq tədbirlər və kütləvi informasiya vasitələri üçün hazırlanan materialların qabaqcadan Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə razılaşdırılmasını təşkil etməlidirlər.