Qış aylarında vətəndaşları narahat edən məsələlərdən biri də istiliyin verilməsində yaranan fasilələrdir. Əgər istilik təminatında nazarılıq yaranarsa vətəndaş həmin gün üçün xidmət haqqını ödəməyə bilər?
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azəriistiliktəchizat” ACS-nin mətbuat katibi Elvin Basqallı “Xəbərin olsun” verilişinə danışıb. Qurum rəsmisi bildirib ki, “Azəriistiliktəchizat” ACS-nin məsuliyyəsiz olmasına qazanxanalar, magistral və məhəllə daxili istilik xəttləri daxildir. Əgər qazanxanada, magistral və ya məhəllə daxili hər hansı bir problem səbəbindən mənzilin istilik təminatı bir neçə günlük dayanarsa həmin evin sahibi “Azəriistiliktəchizat” ACS-yə müraciət edərək istiliyin verilməsində problem yaranan həmin günlərin ödənişindən imtina edə bilər.
Ətraflı videoda: