Bu gün Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edəcək. Oktyabrın 5-də keçiriləcək müzakirələrdə “Qarabağa hücum və blokada” ittihamı ilə avroparlamentarilər bəyanatla çıxış edə bilər. Tribunainfo.az-a açıqlama verən hüquq müdafiəçisi Xəzər Teyyublu Avropa Parlamentinin qətnaməsini heç bir hüquqi qüvvəsi olmayan kağız parçası adlandırdı.
Onun sözlərinə görə, indiyə qədər neçə belə qətnamə qəbul edilib, heç birinin effekti olmayıb. Hüquq müdafiəçisi Avroparlamentdə erməni lobbisinin güclü təsiri olduğunu düşünür. X.Teyyublu hesab edir ki, BMT missiyası və ABŞ Dövlət Departamenti öz mövqeyini bildirib, AP da onlara istinad etsə yaxşıdır: “Avropalı deputatlar qərəzlidirlər. Fransız, ispan və digər deputatlar erməni lobbisinin puluna xidmət edir. Əsas odur ki, BMT heç bir etnik təmizləmə, zorakılıq faktı qeydə almayıb. Vaşinqton da rəyini açıqladı. Yəni orada heç bir irqi ayrı-seçkilik yoxdur, hazırda vətəndaş olmaq istəyənlər qeydiyyata alınırlar. Düşünürəm ki, Avropa Parlamenti Qərb dəyərlərinə, beynəlxalq hüquqa söykənməlidir”.