DİQQƏT: Bakının bu ərazilərində torpaq iki dəfə bahalaşdı – EKSPERTbackend

DİQQƏT: Bakının bu ərazilərində torpaq iki dəfə bahalaşdı – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlarda torpaq bazarında artım müşahidə olunur. Xüsusən də, 2,3 sot torpaq almaq çətinləşib. Demək olar ki, nadir halda rast gəlinir. Daha çox 10, 20, 30 sot torpaqlar satılır. Bunun səbəbi nədir? Nədən qaynaqlanır?

Bu barədə Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak eksperti Elnur Azadov bildirib ki, ümumiyyətlə torpaq tükənən bir şeydir və ilbəil azalır.

Ekspertin sözlərinə görə, torpaq tükəndiyinə görə də təbii ki, qiymətlər də ciddi şəkildə artır. Ələxsus da tələbat kiçik torpaqlaradır. 2, 3, 6 sota kimi olan torpaqlara tələbat daha çoxdur. Birbaşa səbəb budur.

“Üstəlik bu sahədə müəyyən islahatlar aparıldı. Keçən il oktyabr ayının 1-dən artıq təyinatı yaşayış məntəqələri və özəl torpaq olmasa onun üzərində hər hansı tikinti işi aparmaq olmaz.

Əgər vətəndaş dolayı yol ilə hər hansı bir tikiliş aparıbsa belə ona komunikasiya xəttləri verilmir.
Ona görə də bu kimi torpaqların, çıxarışlı təmin olunmuş torpaqların yaşayış məntəqələrinə cavab verən torpaqların sayı hazırda kəskin azaldı və qiymətlərə də ciddi təsir etdi.

Bu tendensiya davam etməkdədir. Bəzi infrastruktur inkişaf edən yerlərdə də ciddi qiymət artımı var. Bakı şəhərinin ətrafında olan ərazilərdə ən çox qiymət artımı “Sibriz” ərazisinin ətrafındadır. Nardaran, Ləhiş bağları zonasıdır. Burada torpaqların qiyməti son bir il ərzində düz iki dəfə artıbdır”.

Dəniz Pənahova