İstanbul Texniki Universitetindən Prof. Dr. Himmet Karaman, İstanbulda baş verə biləcək zəlzələdə mərkəz Kahramanmaraşda olan 6 fevral fəlakətinə bənzər nəticələr gözlədiklərini ifadə etdi.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, prof. Dr. Karaman, “7,6 bal gücündə zəlzələ olarsa, bizi həqiqətən böyük bir problem gözləyir”, – dedi.
İstanbul Texniki Universiteti İnşaat Fakültəsinin müəllimi Prof. Dr. Himmet Karaman ola biləcək İstanbul zəlzələsi üçün görülməli olan hazırlıqlar və zəlzələdən sonra baş verə biləcək hadisələrlə bağlı mühüm açıqlamalar verib.