Diqqət! 270 manat oldu

Diqqət! 270 manat oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda əksini tapıb.

Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb.

2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olacaq.