Bu gün bir çox xəbər saytlarında “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinin FHN-ə qarşı iradları yer alıb. Məsələ ilə bağlı Tia.az -a açıqlama verən sözügedən Ticarət Mərkəzinin direktoru Araz Rəhimov dediklərinin konteksdən çıxarıldığını iddia edir.
Onun sözlərinə görə mətbuatda gedən bu tipli yazılar həqiqətdən uzaqdır: “Gün ərzində mənə media nümayəndələrinin çoxlu zəngləri olur. Mən hansısa sözü deyən kimi, dərhal saytlara yerləşdirib, məqaləni başlıq hissəsini şişirdirlər və daha sonra yalan xəbərlərlə gündəmi qarışdırırlar, fikirlərimi təhrif edirlər. Və təbii ki, digər saytlar da istinadla onları tirajlamağa başlayırlar. Həmin gün baş vermiş hadisədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının əməyi, şücaətini xüsusi qeyd etmək lazımdır. Onlar əlindən gələni ediblər, yanğının daha da böyüməsini, yanğının digər ticarət mərkəzlərinə keçməsinin qarşısını alıblar , insan tələfatının qarşısını alıblar”.
Daha sonra Araz Rəhimov qeyd edir ki, adımdan indi bütün saytlara həqiqətə uyğun olmayan məlumatlar yayılır. Media nümayəndlərinə tövsiyə edərdim ki, bu cür məlumatları yaymasınlar. Hal-hazırda həmin ərazidə FHN-nin, hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər görülür. İşin gedişatı dövlət orqanlarının nəzarətindədir və nəticəsi barədə ictimayyətə mütəmadi olaraq məlumat verilir.