“Diqlas”dakı yanğına görə xüsusi komissiya yaradıldı – TAM TƏRKİBİ

“Diqlas”dakı yanğına görə xüsusi komissiya yaradıldı – TAM TƏRKİBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı komissiya yaradılıb.

TİA.AZ-ın məlumatına görə, baş nazir Novruz Məmmədov bununla əlaqədar sərəncam imzalayıb.

Sərəncama görə, komissiya aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.