Diplomtlarımız və diasporumuz fəallaşmalıdır – Politoloq

Diplomtlarımız və diasporumuz fəallaşmalıdır – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Məsələn, Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtıdır.

Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən deyib. Politoloq bildirib ki, müsahibənin əsas tezislərindən biri də “tənbəlləşmək olmaz” idi:

“Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər. Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir. Sərginin təşkilatçıları arasında Paris meriyası da var. Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlətlər də var axı, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa İttifaqında və YUNESCO təşkilatında təşəbbüslərlə çıxış edəcək”. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?”.