“2007-ci ildən bu günə qədər 25 mindən çox xarici ölkə diplomunun tanınması ilə bağlı bizə müraciətlər olub. Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb”. “2007-ci ildən bu günə qədər 25 mindən çox xarici ölkə diplomunun tanınması ilə bağlı bizə müraciətlər olub. Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb”.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis səlahiyyətlərini icra edən Samir Vəliyev deyib. O qeyd edib ki, həmin diplomların tanınmamasının əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət nöqteyi-nəzərindən tələblərə riayət etməmisidir.
“Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Diplomların tanınması onun saxta olmasını bildirmir.Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsaiti, həm də zamanı sərf olunur. Onun sonda əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın”.
S.Vəliyev qeyd edib ki, xarici ölkələr tərəfindən verilmiş diplomlar sırasında saxta diplomlar da var. “Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Bütövlükdə idarə olaraq biz saxta diplomların müəyyənləşdirilməsini deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxarıq. Bununla da diplomun tanınmasına qərar veririk”.
Qurum rəsmisi diplomları tanınmayan ölkələrin adlarını açıqlayıb: “Tanınmayan diplomlar daha çox MDB ölkələrinindir. Bu sırada Rusiya, Ukrayna və Gürcüstan çoxluq təşkil edir”.