Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror tədbirlərindən sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən istifadəyə verilmiş digər yerləri ziyarət edəcəyik”.
Qeyd edək ki, səfərdə nümayəndə heyətini Hikmət Hacıyev müşayiət edir.