Dino Ndlovu: “Təzyiq altında “Çelsi” olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.


 

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.

Cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:

– Komandada hər kəs bu oyunun vacibliyini bilir. “Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə “Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.

– Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?

– Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik.

– Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə “Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?

– Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.