backend

“Dini ekstremizmə qarşı mübarizə”-MÜŞAVİRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilib. 

TİA.AZ xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon Prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar müşavirə keçirilib. 

Əvvəlcə iştirakçılar “Fitnə” filmini izləyiblər.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, Azərbaycan dövləti dünyəvi dövlət olmasına baxmayaraq bütün dinlərə və dindarlara böyük ehtiram göstərir və diqqət ayırır. O, bildirdi ki, Azərbaycan regionun ən stabil və sakit ölkəsidir. Bu sabitliyin və əmin-amanlığın ölkəmizdə qorunmasının qarantı isə  Azərbaycan dövlətidir. Daha sonra dini ekstremistlərin xüsusi hazırlandığını, sabitliyin pozulmasında maraqlı olan qüvvələrin məkrli planlarını həyata keçirməkdə fəal iştirak etməyə cəlb olunduqlarını vurğulayaraq gəncləri çox diqqətli olmağa çağıraraq, dini radikalizm və onun törətdiyi acı nəticələrindən danışıb. Həmçinin Azərbaycanda mövcud ictimai sabitliyin pozulmasında maraqlı olan qüvvələrə qarşı dövlətin adekvat addımlarını, həyata keçirilən inzibati tədbirlərin effektivliyini qeyd etdi. “Fitnə” filminin gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını bildirdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov  bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edən komitə sədrinin müavini  maarifləndirici sənədli filmlərin də radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcəyini deyib. Qeyd olunub ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq ənənələri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.

Daha sonra Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli də çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirdilər. Tədbirdə  çıxış edənlər  filmin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdilər.