“Gallup and Win Internation” təşkilatı virtual və real formatda tədqiqatlar apararaq, dünyanın 67 ölkəsində insanların aid olduqları dinə nə qədər bağlılığını müəyyənləşdirməyə çalışıb. “Gallup and Win Internation” təşkilatı virtual və real formatda tədqiqatlar apararaq, dünyanın 67 ölkəsində insanların aid olduqları dinə nə qədər bağlılığını müəyyənləşdirməyə çalışıb.
Aparılan tədqiqatda hər hansı ölkədə insanların dinə bağlılığının səbəbləri də araşdırılıb.Dünyanın ən dindar ölkəsi Tailand seçilib. Ölkə əhalisinin 98 faizi özünü dindar hesab edir. Yalnız 2 faiz isə dinə meyilliliyi ilə fərqlənmir. İkinci pillədə qərar tutan ölkə isə Nigeriyadır. Orada əhalinin 96 faizi dinə rəğbəti ilə seçilir. Hindistan və Papua və Yeni Qvineyada isə bu göstərici 94 faizdir. Onluqda həmçinin, Fil Dişi Sahili, Fici, Konqo, Banqladeş, Pakistan kimi ölkələrin adı da var.Azərbaycan siyahının 52-ci pilləsində qərar tutub. Qrupun nəticəsinə əsasən, ölkəmizdə əhalinin 35 faizi dinə rəğbət göstərir.Qardaş Türkiyədə isə əhalinin 74 faizi dinə meyl edir. Bu göstərici ilə Türkiyə 26-cı pillədə qərarlaşır. (moderator.az)