backend

DİN mülki işçi axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. 

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə ümumilikdə 50 vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçən, yaşı 20-dən 24-dək, boyu 175 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunan şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara DİN-in mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər Nəqliyyatda Baş Polis İdarəsinin Kadrlar şöbəsinə (012) 590-27-25 və 590-27-26 nömrəli telefonlar ilə müraciət edə bilərlər.
Qeyd edək ki, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində keçirilir.