DİN-in şöbə rəisi iş başında vəfat etdi

DİN-in şöbə rəisi iş başında vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik işləri və mülki müdafiə şöbəsinin rəisi Mehdiyev Yusif Fazil oğlu iş otağında vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən 17:30 radələrində baş verib.

Ürək çatışmazlığından əziyyət çəkən 48 yaşlı polkovnik Y.Mehdiyevin halı anidən pisləşib.

O, həkim hadisə yerinə gələnə kimi vəfat edib.