Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.
Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edən gizir Günay Əliyeva Ukraynanın Xarkov şəhərində təşkil olunan Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi olub.
Bu barədə TİA.AZ-a DİN-in mətbuat xidmətindən bildirilib.
Artıq 12 ildir idmanın karate növü ilə məşğul olan hərbi qulluqçu “birinci dan qara kəmər” ustasıdır. 2008-ci ildə Asiya çempionu adını qazanan G.Əliyeva 2011-ci ildə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Zaqafqaziya çempionu adını, həmin ildə Ukraynada keçirilən dünya çempionatında isə 3-cü yeri qazanıb. Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanıb