DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

DİN həmin görüntülərlə bağlı araşdırmaya başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin – birinin digərini bulinqə məruz qoymasını əks etdirən görüntülər yayılıb.

Tribunainfo.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.