DİN: “Gelandewagen-in sükanı arxasında Nail Allahverdiyev olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.

 

Avqustun 3-də Heydər Əliyev prospektində iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzada “Galendevagen” markalı avtomobilin sürücüsü müəyyən olunub.

TİA.AZ-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Virtualaz.org-a açıqlamasında bildirib ki, sükan arxasında “QaçqınKom” rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub və o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki,qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər. 

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.    

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Bu maddə ilə ittiham edilən şəxsin təqsirli olması sübuta yetirilərsə, onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. 10-PP-203 dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.

Qeyd  edək ki, Nail Allahverdiyev təxminən 1 ay öncə Dövlət Sərhəd Xidmətinn rəisi, general-polkovnik Elçin Quliyevin qızı ilə ailə qurub.