Müsabiqəyə 135 vəzifə elan edilir. Müsabiqəyə 135 vəzifə elan edilir.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov polis olmaq istəyən şəxslərin işlərinə baxacaq.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, dekabr ayının 10-da saat 9.00-da, Azərbaycan Respublikasının daxili
işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə
vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən
Çevik Polis Alayında sıra baxışı keçiriləcək.
Məlumatda qeyd olunur ki, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, «Azərbaycan
Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu
175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali
və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Qəbula
gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bildirilir ki, müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə
elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloci gərginliklə bağlı olması, eləcə də
xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının
sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır. Xarici dil bilən və emosional
dayanıqlı vətəndaşlara üstünlük veriləcəkdir.