DİN-dən sürücülərə çağırış

DİN-dən sürücülərə çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə DİN rəsmisi Elşad Hacıyev məlumat paylaşıb. O bildirib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar küçə və prospektlərində, xüsusilə də məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat və piyada hərəkətinin intensivliyi artacaq:

“Sürücülərə məsələhət görülür ki, yol hərəkəti qaydalarına ciddi riayət edin, şagirdləri məktəbə apararkən dayanma-durma qaydalarını pozmayın, avtomobillərinizi yalnız icazə verilən yerlərdə saxlayın ki, digər hərəkət iştirakçılarına mane olmayasınız.

Həmçinin piyadalara da tövsiyə edilir ki, səki ilə hərəkət etsinlər, yola çıxmasınlar. Yolu yalnız piyada keçidlərindən istifadə etməklə keçsinlər”.

DİN valideynlərə də müraciətində bildirib ki, azyaşlı uşaqları nəzarətsiz qoymasınlar:

“Xüsusilə azyaşlıların təhlükəsizliyinə diqqətlə yanaşın. Unutmayaq ki, qaydalara əməl etməklə həm özümüzü, həm də uşaqlarımızı qoruya bilərik”.

Gülşən Rəsul