backend

DİN bir gündə 47 nəfəri həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 95 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb. 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 95 cinayət faktından 32-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a bildirilib ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər tutulub.