Daxili İşlər Nazirliyi “Azsığorta” ASC-ni məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, nazirlik sığorta şirkəti ilə bağlı məhkəmədə iddia qaldırıb. Bir ay ərzində nazirliklə sığorta şirkəti məhkəmədə iki ayrı prosesdə qarşı-qarşıya gələcək. Birinci proses 17 avqust tarixində, ikinci proses isə 31 avqust tarixində baş tutacaq.
DİN-in “Azsığorta”ya qarşı işin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsidir.
Birinci işə hakim Vahid Hacıyev, ikinci prosesə isə hakim Təhminə Xəlilova sədrlik edəcək.