Daxili İşlər Nazirliyi “Atəşgah” sığorta şirkətini məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdyi məlumata görə, sığorta şirkəti ilə yanaşı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı da iddia irəli sürülüb.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisədir. Nazirlik ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İşə 18 mart tarixində Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.
Nigar