backend

DİN 4 il əvvəl Lənkəranda baş verən qətllə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb. 

Daxili İşlər Nazirliyi (DİN) 2012-ci ildən itkin düşmüş Lənkəran rayon sakini Təranə Ağayevanın qardaşı Fuad Ağayev tərəfindən döyülərək qətlə yetirilməsi haqqında məlumat yayıb.

TİA.AZ DİN-in rəsmi saytına istinadən xəbər verir ki, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini T.Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

T.Ağayevanın cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.