DİM SAYTINDA SƏHV – QARIŞIQ BÖLMƏ..

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təshil üzrə ekspert Kamran Əsədov öz facebook səhifəsində Dövlət İmtahan Mərkəzinin saytında olan yanlışlığa münasibətini bildirib. 
Təshil üzrə ekspert Kamran Əsədov öz facebook səhifəsində Dövlət İmtahan Mərkəzinin saytında olan yanlışlığa münasibətini bildirib.

“DİM yaranandan sonra bir sıra maraqlı yeniliklərə imza atıb. Uzun müddətdir ki, təhsildəyəm, qanunvericiliyə əsasən, Azərbaycanda təhsil alma bölmələri kimi Azərbaycan bölməsi, Rus bölməsi və ən az hallarda ingilis bölməsi var. Bir də birgə bölmə var. Yəni Azərbaycan və rus bölməsi birlikdə tədris aparılır.
DİM isə bir yenisini yaradıb, qarışıq bölmə. Nə qədər axtardım, təhsil lüğətində qarışıq bölmə ifadəsini və onun mənasını tapa bilmədim.
Deyəsən, bu proqramı hazırlayanı Yaponiyadan transfer ediblər. Azərbaycan dilindən istifadə edərkən Google translate – dən istifadə edir. Bunun adı qarışıq bölmə yox, birgə bölmə gedir. Hər bir ifadənin elmi əsası olmalıdır”. 

İlahə