Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları üçün hazırladığı testlər biabırçı səhvlərlə doludur.
Tribunainfo.az yazır ki, Feysbukun “Grammar Azi” səhifəsi DİM-in test kitabçasındakı cəmi bir sualda olan yazı səhvlərini müəyyən edib.
Testdə “I Dünya Müharibəsi” ifadəsində “müharibə” sözünün böyük hərflə yazılması yanlışdır. Həmçinin “Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirildi” cümləsində “soyqırım” deyil “soyqırımı” kimi yazılmalıdır.
“General-qubernatorluğu” sözü isə yazıda tire işarəsi ilə verilib, halbuki iki söz arasında defis işarəsi olmalı idi.