Bu gün abituriyentlərin ixrisas seçimi təsdiqi başlayıb. Ancaq sistem ilk dəqiqələrdən çökdüyü üçün problem yaranıb.
Tribunainfo.az xəbər verir ki, təhsil ekspertləri bunu Dövlət İmtahan Mərkəzinin növbəti biabırçılığı adlandırır. Ekspertlərin fikrincə çökmüş sistemlə 120 min şəxsə 8 gün vaxt verilməsi bərbad bir şeydir.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev bildirib ki, saat 12 olmasına baxmayaraq sistem hələ də işləmir:
“Dövlət İmtahan Mərkəzi, bu ilin abituriyentlərinin günahı nədir?
Bu gün seçim təsdiqi başlanıb guya, amma seçim təsdiqi üçün sistem saat 12 olmasına baxmayaraq, işləmir. Bu da azmış kimi cəmi 8 gün vaxtlarl var abituriyentlərin”.
Ekspert bildirib ki, 120 min şəxs üçün 8 gün çox azdır.
Gülşən Rəsul