Dövlət İmtahan Mərkəzi son tenderinə əsasən qablaşdırılmış içməli suyun satın alınmasını həyata keçirəcək. Tribunainfo.az xəbər verir ki, bununla əlaqədar olaraq Mərkəz “İPƏKSU” MMC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, satınalma müqaviləsinin dəyəri 47.685,53 manatdır.
Bu şirkət hələ 2023-cü ildə ümumi dəyəri 800 352 manat olan 41 tenderin qalibi olub.
Bildirək ki, “İpəksu” MMC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Qüdrət İdayətov Tofiq oğludur. Hüquqi ünvanı AZ1022, Bakı şəhəri Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 62 məhəllə 758 / 759, m. 158 ünvanında yerləşir.
Şirkətin rəsmi səhifəsində qeyd edilir ki, onlar əsasən artezian quyularından çıxarılan içməli suların satışı ilə məşğul olurlar. Hazırda əhaliyə 19 litrlik qablarda su təklif edirlər. Bu suyun da qabları geri qaytarılmaq şərti ilə birinin dəyəri 3-3.5 manat təşkil edir.
Bu rəqəmlərə diqqət etsək, belə məlum olar ki, DİM “İpəksu”dan toplam 22 min 500 ədəd 19 litrlik və ya 427 min 500 litr (427.5 ton) su almağı qərarlaşdırıb.