Azərbaycan Dillər Univeritetinin tenderlərindən biri ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, rəhbərliyin təşəbbüsü ilə universitetin binasında bir sıra cari təmir işləri görülməli imiş. Bu məqsədlə 547 səhifəlik inşaat materallarının alınmasına dair siyahı da hazırlanıbmış. Hətta bütün bu işlərin görülməsi üçün 141 min 450 manat vəsait də ayrılması nəzərdə tutulubmuş.
Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarər Dövlət Xidməti tenderin nəticələrini məqbul saymayıb. Qəbul edilmiş qərarda isə qeyd olunub ki, ADU “Dövlət satınalmaları haqqında” qanunun tələbini pozub.