Dilan Polat həbsxanada intihara cəhd edib

Dilan Polat həbsxanada intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

7 aydır həbsdə olan türkiyəli sosial media fenomeni Dilan Polat həbsxanada intihara cəhd edib.

Tribunainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “təşkilat yaratma və idarə etmə” və “çirkli pulların yuyulması” ittihamları üzrə həbs edilən Dilan Polat və əri Engin Polatın ötən gün məhkəməsi baş tutub.

Bildirilir ki, ikili saxlanıldıqları həbsxanadan iclasa gətirilib. Dilan Polat zala daxil olarkən Engin Polatı görəndə ağlayıb.

Məhkəmə Polat cütlüyünün həbsinin davam etdirilməsi barədə qərar qəbul edib. Bunu eşidən Dilan əsəbiləşərək qışqırıb və daha sonra polisin nəzarəti altında oranı tərk edib.

Məlumata görə, sonuncu qərardan sonra Dilan Polat həbsxanada “ölmək istəyirəm” deyərək özünə zərər verib. O, xəstəxanaya aparılarkən qollarında və bədəninin müxtəlif nahiyələrində kəsiklər olduğu müəyyənləşib. Müayinədən sonra yenidən həbsxanaya göndərilən Polatın psixoloji müalicə aldığı deyilir. Onun vəkili Hüseyn Kaya məlumatı təsdiqləyib: “Böyük sinir krizi keçirib özünə zərər verdiyi doğrudur. Bunu nə ilə etdiyini bilirəm”.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Bundan sonra bir çox məşhur fenomenlər də eyni əməliyyat çərçivəsində saxlanılıb. Onların əmlakları müsadirə olunmaqla yanaşı avtomobilləri də bəyaz rəngə boyanaraq polis maşınları kimi istifadə olunmağa başlayıb. Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.