Digər 4 kəndin aqibəti necə olacaq? – Politoloq

Digər 4 kəndin aqibəti necə olacaq? – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan 4 kəndi Azərbaycana qaytardıqdan sonra yerdə qalan 4 kəndin nə zaman qaytarılacağı mövzusu aktuallaşıb. Ermənilərin iddia etdiyi Başkənd mövzusu ətrafında da müzakirələr başlayıb. Delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Ancaq sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində mübahisələr yarana bilər.

 

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, qısa müddətdə iki ölkə arasında sərhədin tamamının müəyyənləşdirilməsi mümkün olmayacaq:

“Bizim üçün önəmli olan Qazaxa bitişik 4 kənd idi, onu həll etdik, digər 4 kəndlə bağlı danışıqlar davam edəcək. Sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Ermənistana həmsərhəd olan Qazax, Tovuz və Gədəbəyin təhlükəsizliyi Qarabağın təhlükəsizliyi qədər Azərbaycan üçün vacibdir”.

Nigar