Dietoloqlar yuxusuzluğa qarşı №1 içkini açıqladılar

Dietoloqlar yuxusuzluğa qarşı №1 içkini açıqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi amillər həyatınızda yuxunun keyfiyyətini poza bilər.

Dietoloqlar daha yaxşı yuxu üçün yatmazdan əvvəl vişnə şirəsi içməyi tövsiyə edirlər

Yatmaq çətindir, əgər beyniniz sakitləşmir və bədəniniz rahatlaşmır. Lakin bir sakitləşdirici içki içsəniz, yuxunuz daha dərin və keyfiyyətli ola bilər.

Tribunainfo.az Eating Well-ə istinadən xəbər verir ki,  mütəxəssislərə görə, bu içki vişnə (albalı) şirəsidir.

“Vişnə şirəsi melatonin və triptofan – yuxu və oyanma dövrlərini tənzimləyən və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edən iki əsas birləşmə ehtiva edir”, – deyə tibb elmləri doktoru Samanta DeVito bildirir.
Mütəxəssislərin sözlərinə görə, vişnə melatonini təbii şəkildə özündə daşıyan nadir məhsullardandır.

“Melatonin – yuxu və oyanıqlıq dövrünü tənzimləyən hormondur”, – deyə Loren Manaker, tibb və fəlsəfə doktoru, izah edir.
Baxmayaraq ki, bədən özü də melatonin istehsal edir, lakin bir çox amillər onun təbii istehsalına mane ola bilər – məsələn, süni işıq, nizamsız yuxu rejimi, spirt və kofein qəbulu.

“Turş vişnə şirəsinin qəbulu melatonin səviyyəsini yumşaq şəkildə artıra bilər – bu isə yuxuya getmə vaxtını və ümumi yuxu keyfiyyətini yaxşılaşdırır, həm də bir çox yuxu dərmanlarında olduğu kimi yuxululuq yaratmır”, – deyə vurğulanır.
Bundan əlavə, bu içki beyin sağlamlığı və yuxu üçün mühüm rol oynayan güclü antioksidantlarla da zəngindir.

“Turş vişnə şirəsi antosian adlı antioksidant birləşmələrin təbii mənbəyidir – bu maddələr daha dərin və sakit yuxuya töhfə verə bilər”, – deyə DeVito bildirir.
Eating Well qeyd edir ki, antioksidantlar oksidləşdirici stressi və iltihabı azaldır – bu isə yuxunun keyfiyyətinə və davamlılığına mənfi təsir edə bilər:

“Antioksidantlarla zəngin məhsullar – məsələn, turş vişnə şirəsi – oksidləşdirici stressi azaltmaqla həm bərpaedici yuxunu, həm də uzunmüddətli idrak (beyin) sağlamlığını dəstəkləyə bilər.”

İmran Kərimli