Diametri 150 metrə çatan asteroid Yerə yaxınlaşır

Diametri 150 metrə çatan asteroid Yerə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yerə yaxınlaşan “2007 UY1” adlı asteroid planetdən beş milyon kilometrdən bir qədər çox məsafədə olacaq.
Qaynarinfo xəbər verir ki, bu yaxınlaşma Fevralın 8-də baş tutacaq.
Diametri 150 metrə çatan göy cismi toqquşma zamanı planetə ciddi ziyan vura bilər.
Bundan əlavə, “2007 UY1” Aton asteroidlər qrupuna aiddir, yəni onun orbiti Yerin orbitinə daxildən kəsir. “2007 UY1” adlı asteroid ilk dəfə 2007-ci ildə kəşf edilib. Hazırkı hesablamalara görə, onun bir gün Yerlə toqquşması ehtimalı olduqca kiçikdir.