“Diamed Medical”ın şirkəti cərimələnirbackend

“Diamed Medical”ın şirkəti cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Diamed”ləri (əvvəlki “Baku Clinic”) idarə edən “İdeal Tibb Şirkəti” MMC barəsində cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, tibb şirkəti İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan 389-cu maddəni pozub. Tələbi pozulmuş maddəyə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə şirkət üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“İdeal Tibb Şirkəti” ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə 15 oktyabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar