Diabet xəstəliyindən əziyyət çəkənlərə əsasən şəkər və bu kimi qidaların qəbulu qadağan edilir. Ancaq aparılan araşdırma şəkərlə bərabər duzun da diabet xəstələrinə zərərli olduğunu, diabet xəstəliyi riskini artırdığını sübut edib.
Tribunainfo.az xəbər verir ki, Çinin Tulane Universitetində aparılan yeni araşdırma duz qəbulunun da diabet xəstəliyi riskini artırdığını üzə çıxarıb. Mütəxəssislər bildirib ki, duz qəbulunun azaldılması ilə şəkərli diabet xəstəliyi riski də azalmış olur. Aparılan bu araşdırma qidalara duz vurulması ilə 2-ci tip diabet riski arasında bağlantını müəyyən edib. Araşdırmanı aparan həkim Lu Qi bildirib ki, belə nəticəyə ilk dəfədir ki, gəlib və o bu araşdırmadan sonra duzu yemək masasından birdəfəlik yığışdırmağı təklif edir.
Mütəxəssis duzlu qidaların qəbulu, duzdan çox istifadə diabet xəstəliyi riskini şəkərli qidalar qədər artırdığını bildirir.