Nərimanov Rayon Məhkəməsində “Met-Ak” MMC-yə yazılan inzibati protokola baxılıb.
Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib. Qərara əsasən şirkətə cərimə tətbiq olunub.
Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
Qeyd: 1997-ci ildə yaradılan və nizamnamə kapitalı 39 471 600 AZN olan MMC-nin qanuni təmsilçisi Aydın Alik oğlu Kərimovdur.