DGK-nın yeni binasını su basdı: Sənədlər və kompüterlər məhv oldu (YENİLƏNİB/VİDEO)

DGK-nın yeni binasını su basdı: Sənədlər və kompüterlər məhv oldu (YENİLƏNİB/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Gömrük Komitəsinin (DGK) ötən ay istifadəyə verilən yeni inzibati binasını su basıb. 
Tribunainfo.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilir ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada keyfiyyətsiz çəkilən su xəttinin partlaması nəticəsində komitənin struktur bölmələrinin əməkdaşları üçün nəzərdə tutulan otağa ciddi ziyan dəyib. Həmçinin Dövlət Gömrük Komitəsinə məxsus mühüm sənədlər məhv olub, hər birinin bazar dəyəri 6-10 min manat olan bahalı Kompüterlər sıradan çıxıb.
Qaynarinfo məsələ ilə bağlı Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundovla əlaqə saxlayıb. O, məzuniyyətdə olduğundan hadisə ilə bağlı açıqlama verə bilməyəcəyini deyib.
İdarə rəisinin tövsiyyəsi ilə rəhbərlik etdiyi quruma sorğu göndərdik. Bildirildi ki, bu barədə hər hansı bir açıqlama olsa, məlumat veriləcək.
Qaynarinfo
***
Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı qısa açıqlama verib. Açıqlamada deyilir:
“Sorğunuza cavab olaraq bildiririk ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib və tez bir zamanda aradan qaldırılıb”.