Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi bir gündə iki tenderindən olub. Tribunainfo.az xəbər verir ki, hər iki tender ləğv edilib və AİİBNX tərəfindən protokol tərtib edilib.
Rəsmi məlumatda deyilir ki, DGK-nın sözügedən birliyi qanunun şərtlərini pozub. Həmin tenderlərin birinin dəyəri 460.685,36 manat olub ki, həmçin pula “Azərterminalkompleks” nəqliyyat vasitələrinin və texnikaların cari təmirini (ehtiyyat hissələrinin və sürtkü materiallarının alınması daxil olmaqla) həyata keçirəcəkmiş.
İkinci tender isə yanğın təhlükəsizliyi avadanlıqlarının,həmçinin mövcud yanğın təhlükəsizliyi sistemlərinə texniki xidmətin satınalınmasını ehtiva edib. Onun dəyəri isə 326.647,20 manat olub.